"Aktiv mobillik və yol hərəkətinin təhlükəsizliyi" layihəsinin açılış mərasimi

 "Aktiv mobillik və yol hərəkətinin təhlükəsizliyi" layihəsinin açılış mərasimində məktəbimizin təlim- tərbiyə işləri üzrə direktor müavini Əsədova Təranə Maarif qızı,Əsədov Əli Habil oğlu və Əsədova Fidan Habil qızı iştirak ediblər.

Layihənin məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, hərkəs üçün əlçatan, mobil və dayanıqlı şəhər mühitinin yaradılmasının təşviqidir. 18 noyabr tarixində keçirilən layihənin açılış tədbirində Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Beynəlxalq əməkdaşlıq məsələləri üzrə nümayəndəsi Toğrul Məmmədli, “Nəqliyyat Könüllüləri” proqramının rəhbəri, “Avropa Mobillik Həftəsi”nin Azərbaycan üzrə koordinatoru Nahid Quliyev, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli, "Azərbaycan Dəmir Yolları" QSC Mətbuat Katibliyi şöbəsinin rəhbəri Natavan Bayramova və “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov iştirak ediblər. Qonaqlar çıxış edərək layihə ilə bağlı fikir və təcrübələrini iştirakçılarla bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi