“Rəqəmsal bacarıqlar və uşaq hüquqları” mövzusundakı təlim başa çatdı.

20 noyabr Ümumdünya Uşaqlar gününə həsr edilmiş kampaniya çərçivəsində Heydər Əliyev Mərkəzində 14-15 noyabr tarixlərində keçirilən “Rəqəmsal bacarıqlar və uşaq hüquqları” mövzusundakı təlim başa çatdı.

Yeniyetmə və gənc iştirakçılar mental sağlamlıq, kiber təhlükəsizlik, əsas həyat bacarıqları, uşaq hüquqları, sosial medianın düzgün istifadə olunması, hekayə yaratma və digər mövzularda təlimləndirilib, həmçinin qruplara ayrılaraq tapşırıqlar əsasında hazırladıqları faydalı sosial media məzmunlarını təqdimatla nümayiş etdiriblər.

Təlimdə məktəbin 10"C" sinif şagirdi Əsədov Əli Habil oğlu və 9 "B" Əsədova Fidan sinif şagirdi iştirak etmişdi.

Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlim BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, təlim UNICEF-in Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin (Regional İnkişaf - RİİB) birgə təşkilatçılığı ilə həyata keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi