"Azərbaycan "şeirinin məzmunu və təhlili mövzusunda nümunəvi dərs keçmişdir.

   Bakı şəhəri Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Aygün Azər qızı noyabr ayının ana dili-ədəbiyyat aylığı olduğunu nəzərə alaraq 14.11.2022-ci il tarixində ədəbiyyat fənni üzrə 7ç sinfində Səməd Vurğunun "Azərbaycan "şeirinin məzmunu və təhlili mövzusunda nümunəvi dərs keçmişdir.Dərsdə direktor müavinləri Ceyran Məmmədova,Təranə Əsədova, Azərbaycan dili-ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Ülviyyə Qarayeva iştirak etmişlər.Dərsin motivasiya mərhələsində müəllim Aygün Məmmədova IKT bacarıqlarından istifadə edərək Səməd Vurğunun "Azərbaycan"şeirinin sözlərinə bəstələnmiş mahnının müşayiəti ilə vətənin dilbər guşələrini özündə əks etdirən videoçarx nümayiş etdirmiş,sagirdlərin təəssüratlarını,fikirlərini soruşaraq dərsin növbəti mərhələsində keçid almışdır.

Dərsboyu şagirdlər qruplarda əyləşsələr də onların fəallığı həm qrup, həm də fərdi şəkildə təmin edilmiş,Səməd Vurğunun həyat-yaradicılığına nəzər salınmış,şeirin ideya-bədii xüsusiyyətləri açıqlanmışdır. Müəllim yüksək peşəkarlıqla tarix, musiqi,coğrafiya fənləri ilə inteqrasiya yaratmış, internet resurslardan yeri gəldikcə istifadə etmişdir. Dərs zamanı Xan Şuşinskinin ifasında Qarabağ şikəstəsi səsləndirilmiş, Qarabağ toponiminin mənası açıqlanmış, Azərbaycanı ikiyə bölən, tariximizin qara səhifəsi olan Gülüstan,Türkmançay müqavilələri haqqında danışılmışdı. Müəllim dərs zamanı ulu öndər Heydər Əliyevin doğma Qarabağımız haqqında dəyərli çıxışını,ardınca dövlət başçımız Ilham Əliyevin ata vəsiyyətini yerinə yetirdiyini,Qarabağ bizimdir,Qarabağ Azərbaycandır söylədiyi video yazını nümayiş etdirməklə dərsi dövlət siyasəti ilə əlaqələndirmişdir.Dərsin nəticə hissəsində ulu öndər Heydər Əliyevin ifasında Azərbaycan şeirinin səsləndirilməsi hər kəsi kövrəltmiş,ayaq üstdə alqışlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi