IX siniflərdə buraxılış fənlərini tədris edən müəllimlərlə rəhbərliyin görüşü olub

16.11.2022-ci il tarixdə IX siniflərdə ana dili, riyaziyyat və ingilis dili fənlərini tədris edən müəllimlərlə məktəb rəhbərliyinin görüşü olub. Görüşün məqsədi qarşıdan gələn buraxılış imtahanının yaratdığı böyük məsuliyyəti fənn müəllimlərinin bir daha nəzərinə çatdırmaq, bu fənlərin tədris keyfiyyətini qaldırmaq üçün il ərzində atılacaq addımları, görüləcək işləri planlaşdırmaq olub. İclasda risk qrupuna daxil olan şagirdlərin siyahısının müəyyən edilməsi və əlavə məşğələ cədvəllərinin tərtib edilməsi ilə bağlı fənn müəllimlərinə tapşırıqlar verib.