Əhməd Cavadın 130 illiyinə həsr olunmuş sinif saatı keçirildi.

 67 nömrəli tam orta məktəbin VII "b"sinfində Əhməd Cavadın 130 illiyinə həsr olunmuş sinif saatı keçirildi. Sinif saatında məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Ceyran Məmmədova, Azərbaycan dili və ədəbiyyat fənn metodik birləşmə sədri Ülviyyə Qarayeva , müəllim Ruhiyyə Qafarova, VII "b" sinif rəhbəri Zeynəb Ziyadxanova iştirak etmişdir. Sinif saatı şagirdlərin ifasında dövlət himni ilə başlamışdır. Şagirdlər Əhməd Cavadın həyatı, yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında məlumat vermiş, şeirlər söyləmiş, sözlərinə bəslənmiş mahnılar ifa etmişdilər. Sinif saatı şagird Cəfərli Hüseynin Əhməd Cavad və Şükuriyyə taleyindən bəhs edən hekayənin oxusu və müzakirəsi ilə yekunlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi