Fənn olimpiadasının məktəb mərhələsi keçirildi

    Məktəbin fəaliyyət planına uyğun olaraq oktyabrın 29-da fənn olimpiadalarının məktəb mərhələsi keçirilib. Olimpiadada VIII-XI sinif şagirdləri iştirak edib. Fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.

Olimpiadanın təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Məktəb mərhələsində yüksək nəticə göstərmiş şagirdlər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqdır.

Şagirdlərə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi