Musiqi fənnindən nümunəvi dərs təşkil edilib

   Bakı şəhəri 67 nömrəli tam orta məktəbin ibtidai sinf müəllimi Növrəstə Nuriyeva  musiqi fənnindən nümunəvi dərs təşkil etdi. Dərsin ilk hissəsində torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canını,qanını fəda edən şəhidlərimizin ruhu hörmətlə yad edildi. Himn səsləndi. Sinif müəllimi Azərbaycan dövlətinin müstəqillik tarixi haqqında geniş məlumat verdi.Şagirdlər böyük şair, maarifçi, ictimai xadim Əhməd Cavadın 130 illiyi ilə əlaqədar olaraq onun şeirlərindən parçalar səsləndirdilər.Daha sonra Azərbaycanın dahi musiqiçilərinin həyat və yaradıcılğı haqqında təqdimatlar edən şagirdlər "Şuşanın dağları" mahnısını rəqs və ifalarında nümayiş etdirdilər. Sonda dərsə dəvət edilən qonaqlar, məktəbin direktoru İradə Bayramova, direktor müavinləri,musiqi müəllimləri və bir neçə valideynlər yüksək səviyyədə təşkil edilən dərsə görə Növrəstə Nuriyevaya, eləcə də bütün şagirdlərə təşəkkür edib ,uğurlar arzuladılar. Dərs "Koroğlu uverturası' ilə yekunlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi