TEKNOFEST Azərbaycan

 

Bakıda "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı keçirildi. Məktəbimizin məzunu Rüstəmli Amil fərqlənmə mükafatına layiq görüldü.

Qeyd edək ki, Rüstəmli Amil tam orta təhsilini Sabunçu rayonu 67 saylı tam orta məktəbdə almışdır. Bakalavr dərəcəsini UNEC-in "Dünya İqtisadiyyatı" ixtisası üzrə, həmin ixtisasın magistr dərəcəsini isə UNEC Türk Dünyası İşlətmə Fakultəsində "Uluslararası Ticaret" ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirmişdir. Hazırda "Biznes və Data Analitikası" ixtisası üzrə MBA təhsili alır. Bundan əlavə Özgün Yapı Sənaye və Ticarət A.Ş.-nin Azərbaycan Respublikasındakı filialında İnformasiya Texnologiyaları üzrə mütəxəssis vəzifəsində çalışır. Bakıda keçirilən Texnofestə C kateqoriyası üzrə "Buta Grup" komandası olaraq qatıldı. Komandanı 2 nəfər təmsil edirdi. Texnofest texnologiya festivalı çərçivəsində keçirilən "Smart Qarabağ" hakatonunda Su sərfiyyatı kateqoriyası üzrə fərqlənmə mükafatına layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi