Beynəlxalq Uşaqlar gününə hərs edilmiş "Yaşıl Gələcək üçün İnnovativ Həllər" adlı Eko Bootcamp keçirildi!

30 may 2022-ci il tarixində "Park İng" hoteldə məktəblilər üçün Beynəlxalq Uşaqlar gününə hərs edilmiş "Yaşıl Gələcək üçün İnnovativ Həllər" adlı Eko Bootcamp keçirildi!

Bootcamp Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, MOL Azərbaycan və PAŞA Bank maliyyə dəstəyi ilə baş tutmuş və ümumilikdə 85 şagird iştirak etmişdir.

Tədbirdə məktəblilər ekoloji problemlər üzərində düşünərək komanda yoldaşları ilə birgə innovativ həllər üzərində işlədilər.

Bununla yanaşı dəvət olunmuş ekspertlər tərəfindən dizayn düşüncə, təkrar emal üzrə innovasiyalar, dəyər əsaslı təklif üzrə maarifləndirici mühazirələr təqdim olundu.

Şagirdlərimiz 300+ qeydiyyatdan keçmiş məktəblilər içərisindən seçilərək həmin layihədə uğurla iştirak ediblər.

1.Əsədov Əli Habil oğlu -9a

2.Əsədova Fidan Habil qızı -8b

3.Mikayılzadə Sunay Namiq qızı - 7d

4.Mikayılzadə Kamil Namiq oğlu -7d

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi