V sinif şagirdləri arasında "Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 104-cü ildönümü"nə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi keçirildi.

30 may 2022-ci il tarixində Bakı şəhəri 67 nömrəli tam orta məktəbin V sinif şagirdləri arasında "Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 104-cü ildönümü"nə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi keçirildi. Müsabiqənin ideya müəllifi direktor müavini Gülnarə Bağırova, təçkilatçısı tarix müəllimi Sevinc Quluzadə idi. Şagirdlər təqdimatlarını hazırladıqları slayd fonunda nümayiş etdirdilər. Münsiflər heyətini - 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Ceyran Məmmədova, Azad Kələşov, Gülnarə Bağırova, Təranə Əsədova, biologiya müəllimi Məleykə Muradova təşkil edirdi. Münsiflər heyəti slaydların tərtib edilməsi, şagirdin təqdimetmə bacarığı və vaxtdan səmərəli istifadə etmə meyarları əsasında iştirakçıları qiymətləndirdilər. I,ll və lll yerin qalibləri hədiyyələr və təltifnamələrlə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi