VII sinifləri arasında "Gələcəyin Fizikləri" bilik yarışı təşkil olundu.

  Bakı şəhəri 67 nömrəli tam orta məktəbin VII sinifləri arasında "67 nömrəli məktəbin 125 illiyi"nə həsr olunmuş "Gələcəyin Fizikləri" bilik yarışı təşkil olundu. Yarışda məktəbin VII siniflərini altı komanda təmsil edirdi. Yarışın təşkilatçısı fizika müəllimi Aysel Həsən-zadə şagirdlərimizin fizika fənnindən biliyini yoxladı. Üç turdan ibarət yarış keçirildi. Bilik yarışında münsiflər heyətini məktəbin direktor müavinləri Gülnarə Bağırova, Azad Kələşov, Təranə Əsədova, fizika müəllimləri Şamama Qafarova, Mətanət Əzizova təşkil etdi. Yarışda I yer tutan "Aristotel" komandası təltifnamə və hədiyyələrlə, II yer tutan komanda üzvləri isə təltifnamə ilə mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi