"Parlaq zəka" bilik yarışı təşkil olundu.

  14 may 2022 -ci il tarixində Bakı şəhəri 67 nömrəli tam orta məktəbin VI sinifləri arasında "Şuşa ili" və "67 nömrəli məktəbin 125 illiyi"nə həsr olunmuş "Parlaq zəka" bilik yarışı təşkil olundu.Yarışda məktəbin VI siniflərini doqquz sinif üzrə doqquz komanda təmsil edirdi. Yarışın təşkilatçıları biologiya müəllimi Günel Xasaylı,tarix müəllimləri Sevinc Quluzadə və Gülnar Həbibova,Azərbaycan dili və ədəbiyyat müəllimləri Səkinə Məhərrəmova, Aygün Məmmədova, Fizika müəllimi Aysel Həsənzadə, İngilis dili müəllimi Səidə Sadıqzadə birgə əməkdaşlıq prosesində şagirdlərimizin yeddi fəndən biliyini yoxladılar.Uç turdan ibarət olan yarışın sonuncu mərhələsi dünyagörüşü biliklərinin yoxlanmasına həsr olundu. Mərhələlər arasında gərginliyi azaltmaq məqsədilə məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiyalar- şeir,səhnəcik və rəqs nümayiş olundu. Bilik yarışında münsiflər heyətini məktəbin direktor müavinləri Ceyran Məmmədova, Gülnarə Bağırova, Təranə Əsədova, Azad Kələsov, həmkarların sədri Sulidə Rüstəmova ,musiqi müəllimi Tahirə İsmayılova təşkil etdi. Yarışda I yeri tutan "Vətənpərvər" komandası təltifnamə və

hədiyyələrdə,II və III yeri tutan komandaların üzvləri isə təltifnanələrlə mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi