Şuşa ili və Zəfər tariximizlə əlaqədar olaraq konfrans keçirilib.

7 may 2022- ci il tarixində Bakının Sabunçu rayonu 67 nömrəli tam orta məktəbində Şuşa ili və Zəfər tariximizlə əlaqədar olaraq məktəbin rəhbərliyi, tarix, ədəbiyyat, ibtidai sinif müəllimləri və şagirdlərin iştirakı ilə konfrans keçirilmişdi.Tədbirin əvvəlində şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Konfransda IX , X, Xl sinif şagirdləri Abdullayev Vüqar, Qarayeva Aysu, Məmmədova Nərmin, Sultanova Elmira, Rzayeva Günay, Gülməmmədova Səfa və ibtidai sinif şagirdləri çıxış edərək Azərbaycan tarixinin müxtəlif mərhələlərinə həsr olunmuş "Şirvanşahlar dövləti və I İbrahim", "Baharlılar sülaləsi və Qara Yusif", "Ermənilərin Azərbaycana köçürülməsi", "Heydər Əliyev dühası və onun Azərbaycan SSRİ-də hakimiyyətə gəlməsi ", " Şuşa döyüşləri- Qəhrəmanlıq salnaməsi ", "Şuşanın mədəniyyəti və tarixi abidələri" mövzularında vətənpərvərlik ruhunda bir birindən maraqlı referatlarını təqdim etmiş və şeirlər söyləmişlər. Tədbirin sonunda çıxış edən iştirakçılara 3 əsrlik tarixi olan məktəbin " 3 əsrin şahidi" adlı tarixi kitabı təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi