"Bir ölərik, min dirilərik"

     Bakı şəhəri 67 nömrəli tam orta məktəbdə 26 fevral "Xocalı Soyqırımı" ilə bağlı "Bir ölərik, min dirilərik" adı altında geniş və əhatəli şəkildə tədbir keçirildi.Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun ailə üzvlərindən bacısı Almaz xanım, həyat yoldaşı Validə xanım, qızı Aynur xanım, oğlu Elşən bəy, döyüş yoldaşı Tahir Bayramov, Sabunçu rayonu Veteranlar şurasının üzvləri və Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun dissertantı, prezident təqaüdçüsü, pedaqoq, yazıçı İradə Əlili iştirak etdilər.Tədbirdə Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsi hörmətlə anıldı. Məktəbin istedadlı şagirdləri, müəllimləri şeir, mahnı və kompozisiyalar səsləndirdilər. Sonda isə məktəbin ibtidai sinif müəllimi Təranə Əlisoyun Milli Qəhrəman Allahverdi Bağırovun keçdiyi döyüş yolu haqqında yazdığı kitabın təqdimatı edildi və qonaqların hər birinə kitab hədiyyə olundu. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onların ruhu qarşısında baş əyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi