İbtidai siniflər üzrə dəyirmi masa təşkil olunub.

    Sabunçu rayonu 67 nömrəli tam orta məktəbdə gənc müəllimlərin pedaqoji ustalığının artırılması və onlara metodiki dəstəyin göstərilməsi məqsədi ilə məktəbin təlim -tərbiyə işləri üzrə direktor müavini Yeganə Muradaova tərəfindən dəyirmi masa təşkil edilib. Masada ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Təranə Əlisoy və məktəbin təcrübəli müəllimləri iştirak etdiblər. Söhbət zamanı müasir təhsil sistemində baş verən bir çox yeniliklər və onların tətbiqi ilə bağlı məsələlər ətrafında müzakirə aparılıb. Müəllimlərin fikirləri dinlənildi və onları maraqıandıran suallar cavablandırılıb. Bugün bir məktəb olaraq qarşımızda duran ən böyük vəzifələrdən biri müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması istiqamətində addımlar atmaq və onların peşə fəaliyyətini yüksəltməkdir. Çünki, müəllimin yüksək peşəkarlığa nail olması, şagirdlərin keyfiyyətli təhsil almasının qarantisidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi