Biologiya fənnindən nümunəvi dərs keçirildi.

12 fevral 2022-ci il tarixində növbəti nümunəvi dərs məktəbin biologiya müəllimi Xasaylı Günel Oruc qızı tərəfindən lV "a" sinif şagirdlərinin iştirakı ilə keçirildi.

lV "a" sinfində "Bitkilərdə dayaq sistemi" mövzusunda keçirilən dərsdə şagirdlər 1.1.2 və 2.1.1 alt standartlarında göstərilmiş təlim nəticələrinə yiyələniblər. Dərsin məqsədi elan olunduqdan sonra şagirdlərdə "motivasiya" yaratmaq üçün alma bağı nümayiş olunub. Bitkilərin gövdəsinin vəziyyəti, meyvə və yarpaqların budaqlar üzərində necə dayana bildiyi haqqında idrakı fəallıq yaradılıb. Şagirdlərlə bitkilərin günəş işığının təsiri altında necə hərəkət etməsi, lobya toxumunun cücərməsi zamanı kök və gövdənin istiqaməti ilə bağlı video nümayiş olunub və müzakirə olunub. Hüceyrədə turqor təzyiqinin yaranması mexanizmi müəllim tərəfindən izah olunub.Sonda interaktiv oyun keçirilməklə şagirdlərdə "refleksiya" aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi