Uşaqlarının V Ümumrespublika Forumunun Sabunçu rayonu üzrə iştirakçıları ilə görüş keçirildi

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun Sabunçu rayonu üzrə iştirakçıları ilə görüş keçirildi

20 dekabr 2021-ci il tarixdə Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Sabunçu rayonunu uğurla təmsil edən iştirakçılarla görüşdü.

Bakı şəhəri 67 nömrəli tam orta məktəbin X"ç" sinif şagirdi Ağayeva Azərin Yalçın qızı rayon üzrə keçirilən seçim mərhələsində məktəbimizi, Ümumrespublika Forumunda isə rayonumuzu-Sabunçu rayonunu təmsil etmişdir. Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətdən söz açan Rəna Fərəcova Forumda Sabunçu rayonunu uğurla təmsil edən uşaqlara öz minnətdarlığını bildirdi.

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçıları olan uşaqlar Forum haqqında öz xoş təəssüratlarını bölüşərək uşaq hüquqlarının müdafiəsi istiqamətində fikir və təkliflərini irəli sürdülər.

Daha sonra Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Sabunçu rayonunu təmsil edən iştirakçılara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan sertifikatlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi