STEAM Azərbaycan festivalı təşkil olunub.

9-10 dekabrda Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan festivalı 2021 təşkil olundu.Paytaxt üzrə 198, regionlardan 91 komandanın, ümumilikdə isə 892 iştirakçının qatıldığı STEAM Azərbaycan Festivalı çox gözəl keçdi.

Mərasimdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak edib.

Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.

Bakı şəhəri 67 nömrəli tam orta məktəb bir komanda ilə"Hakaton" kateqoriyasında festivalda təmsil olundu.Komandamiz layiqincə çıxış etdilər. Komandamızı təbrik edirik.

Qalib o kəsdir ki, yarışlarda yarışır, mübarizə aparır. Biz qalibik! Çünki, yarışlardayıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi