Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 25 noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub.

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin məişət zorakılığının qarşısının alınması sahəsində müsbət təcrübəsini nəzərə alaraq, tədbir rayon Gənclər Mərkəzində keçirilir.

Tədbir çox gözəl təşkil olunmuşdu.Tədbirdə gender bərabərliyi,qadın zorakılığı,erkən nigahla bağlı mövzularda bir çox məktəblərin şagirdlərinin çəkdikləri rəsmlər də sərgiləndi.Sərgidə iştirak edən şagirdlər arasında Bakı şəhəri 67 nomrəli tam orta məktəbin lX ç sinif şagirdi Fətəliyeva Sara və Vlll  f sinif şagirdi Cəfərova Tamilla da öz rəsmləri ilə iştirak etdilər.Fətəliyeva Sara "Ərkən nigaha son",

Cəfərova Tamilla isə" Qadın zorakılığına "aid çəkdikləri rəsmləri təqdim etdilər.Başqa rəsmlərlə birlikdə bizim şagirdlərimizin də rəsmləri çox bəyənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi