Azərbaycanda ilk dəfə “Uşaq hüquqları” hakatonu keçirilib.

Azərbaycanda ilk dəfə “Uşaq hüquqları” hakatonu keçirilib.

“Uşaq hüquqları” hakatonu Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə baş tutub.

20 noyabr - Ümumdünya Uşaqlar Gününə həsr olunmuş və iki gün davam edən hakatonda paytaxt və regionları təmsil edən 10-16 yaşarası məktəblilər iştirak ediblər.Baki şəhəri 67 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Əsədov Əli Habil oğlu,8a sinif şagirdi Əsədova Fidan Habil qızı Hakatonda layiqincə iştirak ediblər.Lahiyəmizin adı "Sağlam gələcək"adlanir.Bu mövzuda çox gözəl sayt yığaraq təqdimat ediblər.300 nəfər arasından seçilərək final mərhələsində iştirak etmə hüququ qazanıblar.

Yeniliyin, innovasiyanın əhəmiyyətindən danışan Bahar Muradova dövlət komitəsinin hər zaman onların maraqlı təkliflərini dinləməyə hazır olduqlarını diqqətə çatdırıb.

Uşaqlar bu tədbir vasitəsilə komanda şəklində çalışmağı, tədqiqat aparmağı öyrənirlər. Təhsil Nazirinin müavini Muxtar Məmmədov əminliyini ifadə edib ki, uşaqların bu yarışda öyrəndikləri onlara gələcəkdə daha böyük uğurlara imza atmağa imkan verəcək və karyera qurmalarında yardımçı olacaq. Muxtar Məmmədov bu qəbildən olan yarışlarda və müsabiqələrdə iştirak etməyin uşaqların inkişafı və yeniliklərə açıq olması baxımından əhəmiyyətindən danışıb: "Gələcəyimiz sizin kimi uşaqların əlindədir və inanırıq ki, gələcəyimiz etibarlı əllərdədir. İnnovativlik inkişaf üçün çox mühümdür. Bu amil sərhədləri aşmaq qabiliyyətinə malikdir. Belə tədbirlərin təşkili davamlı olaraq həyata keçiriləcək”.

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan diqqətə çatdırıb ki, bu tədbir ölkədə uşaqlara yanaşmanı və uşaq hüquqlarının yüksək səviyyədə qorunduğunun təsdiqidir.

Qeyd edək ki, hakatonun məqsədi uşaq hüquqları ilə bağlı maarifləndirməni həyata keçirmək, bu sahədə mövcud problemlərin innovativ yollarla həllini təşviq etmək, həmçinin hakaton iştirakçılarına komandada işləyərək son texnologiyalar və yenilikləri sınaqdan keçirmək imkanı yaratmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi