Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirildi

Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkil etdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirildi. Forum uşaqlar tərəfindən idarə olunmuş, iştirakçılar öz təkliflərini qrup işi olaraq müxtəlif mövzu başlığı altında irəli sürmüşlər. Forum çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıqları ilə seçilən uşaqlar əhəmiyyətli mövzular ətrafında aparılan müzakirələrdə yaxından iştirak etdilər. Bakı şəhəri 67 nömrəli tam orta məktəbin 10"ç" sinif şagirdi Ağayeva Azərin Yalçın qızı rayon üzrə keçirilən seçim mərhələsində məktəbimizi, Ümumrespublika Forumunda isə rayonumuzu--Sabunçu rayonunu təmsil etmişdir. Azərin Forumda III qrupun-"Uşaqların internet təhlükəsizliyi" qrupunun üzvü olmuş və irəli sürdüyü təklif qrupun təqdimatında səslənmiş və bəyənilmişdir.Ümid edirik ki, məktəbimizin şagirdinin təklifi uşaq hüquqları naminə öz töhfəsini verəcəkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi