"Zəfər Günü"nə həsr olunmuş bayram tədbiri keçirilib.

06 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 67 nömrəli tam orta məktəbdə "Zəfər Günü"nə həsr olunmuş bayram tədbiri keçirildi. Öncə Dövlət Himni səsləndirildi və Vətən şəhidlərinin əziz xatirəsi bir bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Vətən Müharibəsində iştirak etmiş qazilər, şagirdlər və məktəb kollektivi iştirak edirdi.
Məktəbin direktoru tədbirdə iştirak edən qaziləri və iştirakçıları salamlayaraq bildirdi ki, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda törədilən soyqırımlar zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı. Bu qələbəni, zəfəri bizlərə yaşadan ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Məktəbimizin məzunu olmuş Əliyev Əmirulla Vahid oglunun barilyefinin açılışıda bu günə təsadüf etmişdi.Açılışda Sabunçu qəsəbə nümayəndəli,
XTQ qaziləri Yaqubov Vusal, Mehdiyev Ehliyet ,
məktəbimizin məzunu olmuş Hacıyev Cavid və şəhidimizin valideyinləri iştirak etmişdilər.
Sonda tədbirin bədii hissəsində şagirdlər musiqi və şeir nümunələri ilə çıxış etdilər. Onların ifasında səslənən şeirlər,bədii kompozisiyalar
Zəfər gününə layiqli töhfə oldu.
Tədbir çox yüksək səviyyədə keçərək, hamı tərəfindən bəyənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi