İlk dərs günündə xalqımıza şanlı zəfər tarixini yaşadan, igidlik rəmzi olan şəhidlərimiz yad edildi.

67 nömrəli tam orta məktəbin biologiya müəllimi Məleykə Muradova rəhbərlik etdiyi VII "e" sinfi ilə birlikdə ilk dərs günündə xalqımıza şanlı zəfər tarixini yaşadan, qəhrəmanlıq nümunəsi, igidlik rəmzi olan şəhidlərimizi yad ediblər. Öncə sinif otağında şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbdə olan muzeyə ekskursiya edilib və şəhidlərimizə həsr olunmuş guşəni ziyarət ediblər. Sonda isə qalib ölkənin məğrur, qürurlu vətəndaşları kimi bu dərsi xatirə şəkli çəkdirərək yekunlaşdırıblar.
Allah şəhidlərimizə rəhmət eləsin. Amin!

https://youtu.be/lnTCWojJVeg

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi