Son zəng

Bakı şəhəri Sabunçu rayonu 67 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Məktəbdə oxuyan şagirdler 6 sinif, 145 şagird olmaqla karantin qaydalarına uyğun olaraq 2 qrup şəklində - I qrupda saat 10:00-11:00 da 3 sinif 72 şagird, II qrupda saat 12:00-13:00 da 3 sinif olmaqla 73 şagird iştirak edib. Tədbirdə Bakı şəhər Təhsil İdarəsinin məsul işçisi Elcan Şirinov iştirak etdi. Son zəngin hər iki hissəsi Azərbaycan dövlət himni ilə başlandı və himn zamani I hissəni Respublika fənn olimpiadasında II yerə layiq görülmüş XI”a” sinif şagirdi Samin Hüseynovya, II ci hissəni isə oxuduğu müddət ərzində məktəbin içtimai işlərinin fəal iştirakçısı XI”e” sinif şagirdi Arzu Mansurovaya üçrəngli bayrağımızı dalğalandırmaq həvalə edildi. Son zəng açılışını elan edən məktəbin direktoru İradə Bayramova “Son zəngə”start verdi. Hər iki hissə 1saat həcmində məzunların Azərbaycana, Respubilkamıza, şəhidlərimizə həsr etdiyi şeir və musiqilərlə başa çatdı. 44 günlük II Qarabağ müharibəsinin iştirakçısı məktəbin məzunu qazi Cavid Həsənov iştirak edərək məzunları təbrik etdi və tədbirdən xoş təəssüratlarla ayrıldılar.

Kollektivimiz adından məzunlarımızı məktəbi bitirib müstəqil həyata qədəm qoymaları münasibəti ilə təbrik edir və uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi