Məktəbimizin növbəti uğru

   Bu il Bakı şəhəri Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əlisoy Təranənin iştirak etdiyi “Dikkat ve oyun atölyesi” adlı eTwinning layihəsi uğurla başa çatdı. Layihənin rəhbərləri də daxil olmaqla bu layihədə 10 Türk, 4 Azərbaycanlı və 2 Rumıniyalı müəllim iştirak edirdi. Məktəbahazırlıq qrupunun şagirdləri ilə birlikdə layihəyə qatılan müəllimimiz 5 ay müddətində şagirdlərlə müxtəlif zəka oyunları oynamış, xarici təcrübə ilə tanış olmuş,başqa ölkədən olan həmkarları ilə ortaq bir sıra tədbirlər həyata keçirmişlər. Şagirdlər həm əyani, həm də distant təhsil müddətində oynayaraq öyrənməyin sevinci yaşamış,öz yaşıdları ilə online vebinarlarda əyləncəli zaman keçirmişlər. Onlarla diqqətli bax, muzoqram, sudoku, bingo, quiver, rebus, kodlama və digər oyunlarla tanış olmuşlar. Peşəkar psixologlarla, pedaqoqlar və kompüter mütəxəssisləri ilə online platformalar üzərindən görüşlər keçirilmiş, onlardan uşaqların həyatında zəka oyunlarının rolu, oyunların hazırlanma qaydası, təşkili və keçirilməsi haqqında tövsiyyələr alınmışdır. Möhkəm dostluq və qardaşlıq, əməkdaşlıq çərçivəsində görülən işlər zamanı həmçinin milli-mənəvi dəyərlər də unudulmmamış, ortaq bayramlar əlamətdar günlər birlikdə qeyd olunmuşdur. Belə ki, sagirdlərimiz Türkiyənin suverenlik və çocuk bayramı olan 23 apreli yad etdikləri kimi,28 May Respublika Günü də online şəkildə qeyd edilmiş, bu münasibət ilə həm Türkiyə, həm də Rumıniyadan olan müəllimlər və məktəblilər Azərbaycan bayrağını qaldırmaqla öz layihə ortaqlarını- müəllim və şagirdlərimizin bayramını təbrik etmişlər. Layihənin yekunu olaraq həm müəllimimiz Əlisoy Təranə,həm də şagirdlərimiz sertifikatlarla təltif olunmuşlar.Bu münasibətlə onları təbrik edir,uğurlarının davamlı olmasını arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi