Məktəbimizin növbəti uğuru

         Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 2021-ci il yanvarın 26-dan martın 30-u tarixinədək paytaxt rayonlarının orta məktəb şagirdləri arasında Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi uğrunda edilməsi uğrunda başlatdığı Vətən müharibəsinə həsr olunmuş “Müdrik siyasət və Qarabağ zəfəri” mövzusunda referat yazı müsabiqəsi keçirilmişdir.

Əsas məqsədi şagirdlərin istedad və yaradıcılıq potensialının,tədqiqat aparma qabiliyyətlərinin inkişaf etdirilməsi olan bu müsabiqə 2 mərhələdən: rayon və şəhər mərhələsindən ibarət olmuşdur

Paytaxt rayonlarında keçirilən birinci mərhələdə 12 rayon üzrə 316 orta təhsil müəssisəsindən 1879 şagird iştirak edərək 18 mövzu üzrə referatlarını təqdim ediblər.İlkin müsabiqələrdə 125 şagird birinci mərhələnin qalib adına layiq görülüb.Müsabiqə komissiyası tərəfindən rayon qalibləri arasından xüsusi fərqlənən 34 nəfər yekun olaraq Bakı şəhər mərhələsində iştirak üçün vəsiqə qazanıblar.34 nəfər yekun qalib şagirdlərdən biri də məktəbimizin IX sinif şagirdi Ağayeva Azərin Yalçın qızı olmuşdur.O,”Azad olunmuş torpaqlarda erməni vandalizminin izləri” mövzusunda çıxış edərək yekun mərhələyə vəsiqə qazanmış və yekun mərhələdə seçilən 12 şagird sırasında yer almışdır.Qeyd edək ki,məktəbimizin tərbiyə işləri üzrə direktor müavini və tarix müəllimi Kələşov Azad Nizami oğlu müsabiqə ərzində Azərinin elmi rəhbəri olaraq ondan yardımını əsirgəməmiş,referatının hazırlanmasında daim dəstək olmuşdur.

  Sonda qalib 34 şagirdin referatları Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan “Müdrik siyasət və Qarabağ zəfəri” adlı kitabda çap olunmuşdur.

8 may 2021-ci il tarixində kitabın təqdimat mərasimi keçirilmiş,qalib şagirdlər sertifikat və kitabla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi