28 may Respublika Günü : Vətənpərvərlik və Multikulturalizm

Məktəbimizdə 25 may 2016-cı il tarixində “28 may Respublika Günü : Vətənpərvərlik və Multikulturalizm” adlı tədbir keçirilmişdir. Tədbirin təşkilatçısı ingilis dili müəllimi Şəfa Əhmədova qonaqları salamladıqdan sonra aprel döyüşlərində şəhid olmuş qəhrəman döyüşçülərin və məktəbimizin məzunu Məmmədov Elmarın ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Ulu öndər Heydər Əliyev və Məmmədəmin Rəsulzadə, Bütöv Azərbaycan haqqında videolentlər göstərildi. Səməd Vurğunun “Azərbaycan”, Məmməd Arazın “Müharibə olmasa” ,Almas İldırımın “Azərbaycan,mənim tacım,taxtım oy!” şeirləri şagirdlər tərəfindən Azərbaycan,İngilis və Rus dillərində səsləndirildi. Şagirdlər öz heyrətamiz çıxışları ilə zalda əyləşənlərin qəlblərində vətənpərvərlik hislərini oyatmağa və gənclərimizin, gələcəyimizin mübariz ruhda tərbiyə olunduqlarını bir daha sübut etməyə nail oldular. Tədbirdə Qarabağ müharibəsi veteranları Vahid Alişov,Nail Həsənov,Əşrəf Əhmədov,İntiqam Eyvazov,Xəqani Cəmilov qonaq qismində iştirak etdilər. Hazırda xaricdə təhsil alan məktəbin mezunlarin Nurlan Əhmədli,Orxan Əhmədli,Vasif Əbilovun təbrik videosu teqdim edildi. Tədbir müharibə veteranlarının çıxışlarıyla yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi