Məktəbimizin növbəti uğuru

   Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsinin Sabunçu rayonu üzrə yekun mərhələsi keçirilib. Layihə çərçivəsində 26 yanvar 2021-ci il tarixində onlayn formatda keçirilən geniş elmi-praktik konfransda uğurla çıxış edən məktəblilər arasından Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 80 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Cəbrayılzadə Nurlan İlham oğlu “Vətən müharibəsi - Qarabağın azad olunması”, Sabunçu qəsəbəsi, 67 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ağayeva Azərin Yalçın qızı “Azad edilmiş torpaqlarda erməni vandalizminin izləri” mövzusu üzrə çıxışları ilə fərqlənərək layihənin Bakı şəhəri üzrə keçiriləcək növbəti mərhələsində iştirak hüququ qazanıblar.

Layihənin təşkilində əməyi keçən hər kəsə təşəkkür edir, qalibləri təbrik edirik.

Hansı məktəbin yer tutmasından asılı olmayaraq, bütün iştirakçılar bu Vətənin övladlarıdır. Hər birinə uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi