Məktəblilər 20 Yanvar faciəsində həlak olan şəhidləri ehtiramla yad etdilər

   19 yanvar 2021-ci il tarixində 67 nömrəli tam orta məktəbin bütün siniflərində onlayn dərslərin ilk saatı 20 Yanvar faciəsinə həsr olundu. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan dərslərdə öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlərin ifasında şeir və məlumatlar səsləndi, mövzuya uyğun əl işləri, rəsmlər nümayiş etdirildi. Həmçinin, hadisənin canlı şahidi olan müəllimlər şagirdləri qanlı 20 Yanvar gecəsi haqqında məlumatlandırdılar və onların suallarına cavab verdilər.

Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi keşməkeşli yollar çətin, verdiyi itkilər ağır olsa da xalqımız tükənmək bilməyən ümidi və sarsılmaz birliyi sayəsində bütün çətinliklərin öhdəsindən gəlməyi bacarıb. 20 Yanvar faciəsi Azərbaycan xalqının əzminin növbəti sübutudur.

Allah şəhidlərimizə rəhmət eləsin. Amin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi