Valideynlərin psixoloqla görüşü

   Məktəblinin dostları tərəfindən 67 nömrəli tam orta məktəbin bir qrup valideyn heyətinin psixoloq Nərmin Abbasova ilə virtual görüşü təşkil edilib. Görüşdə ibtidai sinif müəllimi Təranə Əlisoy və rəhbərlik etdiyi IV "ə" sinfinin valideynləri iştirak edib. Seminar "Pandemiya dövründə uşaqlarda yaranan çətinliklər və onların aradan qaldırılması yolları" mövzusuna həsr olunub. Seminar zamanı şagirdlərin və valideynlərin mövcud vəziyyətlə bağlı çətinlikləri haqqında söhbət aparılıb. Distant təhsilin təşkili zamanı valideynlərin şagirdlərə necə kömək edə biləcəkləri, şagirdlərin distant dərslərdə iştirakını, öyrənmə səviyyəsini, təlimin keyfiyyətini yüksəltmək üçün görülə biləcək işlər müzakirə edilib. Həmçinin, valideynləri maraqlandıran suallar da cavablandırılıb və lazımı tövsiyyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi