Məktəb kollektivi yeni ili qazilərimizlə birlikdə qarşıladı

   2020-ci ili tariximizə zəfər müjdəli il kimi yazan, şücəyəti ilə dünyanı lərzəyə gətirən, Azərbaycan torpağının hər qarışını yağı düşməndən azad edən igidlərimizi bugün də unutmadıq.

67 nömrəli tam orta məktəbin idarə heyəti və kollektivin bir qrup üzvü Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə məktəbin məzunu olan, Vətən müharibəsində iştirak edərək canını torpaqlarımız uğrunda sipər edən qazilərimizlə Zoom platformasından virtual görüş təşkil etdi. Görüş zamanı olduqca maraqlı və duyğulu anlar yaşandı. Qazilərimiz müəllimlərini gördüklərinə çox şad oldular və göstərilən diqqətdən məmnun olduqlarını ifadə etdilər. Görüş əsnasında keçmiş məktəb illəri xatırlandı, Azərbaycanın möhtəşəm qələbəsi sevinclə yada salındı və əlbətdə ki, qələbə sevincini bizə yaşadan, ölümləri ilə ölməzliyə qovuşan şəhidlərimiz yad edildi.

Allah şəhidlərimizə rəhmət, əsirlikdə olanlara mərhəmət etsin, yaralı qazilərimizə şəfa versin. Qələbəmiz daimi olsun. Amin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi