Müsabiqəyə yekun vurulub

   Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin qalibləri bəlli olub.

Müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak edib.

Müsabiqənin nəticələrinə əsasən 67 nömrəli tam orta məktəbin şagirdi Samin Hüseynov III yerə layiq görülüb.

Qeyd edək ki, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə hazırlanmış müvafiq xüsusi proqram təminatı vasitəsilə onlayn qaydada keçirilib. Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işnin davamlı təşkilinə nail olmaq, Vətən Müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini artırmaq, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

Bütün qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi