Uğurunuz uğurumuzdur

   27 dekabr 2020-ci il tarixində Sabunçu rayonu Regional "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Biz Zəfər Çaldıq" adlı müsabiqənin final turu keçirilib. Final turunda 62 şagird iştirak edib. Yekun nəticələrə əsasən 67 nömrəli tam orta məktəbin XI "a" sinif şagirdi Samin Hüseynov III yer tutaraq diplomla, VIII "ə" sinif şagirdi Aydan Məmmədova, IX "ə" sinif şagirdi Fatimə Əliyeva və XI "a" sinif şagirdi Aynur İbadzadə finalda iştirak etdiklərinə görə sertifikatla təltif olunublar.

Müsabiqə F-512 nömrəli əmr əsas tutularaq icra olunmuşdur. Müsabiqə Qarabağ və işğaldan azad olunmuş bölgələrin tarixi , müharibə xronologiyası, tanınmış şəxsiyyətləri, adət-ənənələri mövzusu üzrə suallardan ibarət olaraq 4 mərhələdə , Quizizz Platforması üzərindən təşkil olunmuşdur.

Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

#Bizzəfərçaldıq

#QarabağAzərbaycandır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi