Məktəbin igid məzunu

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixində imzaladığı sərəncama əsasən 67 nömrəli tam orta məktəbin məzunu, şəhid leytenant Əliyev Əmirulla Vahid oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif edilmişdir. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə (ölümündən sonra) təltif edilmişdir.

Qeyd edək ki, şəhid məzunumuz leytenant Əmirulla Əliyev 29 sentyabr 2020-ci il tarixində Tərtər istiqamətində gedən döyüşdə şəhid olmuşdur.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Məkanları cənnət, ruhları şad olsun. Amin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi