Məktəb kollektivində böyük itki üz verib

   67 nömrəli tam orta məktəbin təqaüddə olan keçmiş ibtidai sinif müəllimi Quliyev Yusif Hüseynalı oğlu 13 dekabr tarixində haqq dünyasına qovuşub.

Müəllim kollektivi ilə yanaşı şagird və valideynlərin sevimlisi olan Yusif müəllim peşəsinin vurğunu olub. O, illər ötsə də şagirdlərinin hərfləri öyrənərkən yazdıqları ilk dəftərləri xatirə olaraq saxlayıb. Onun ürəyi daim öyrətmək eşqi ilə döyünüb və öz sahəsinin peşəkarı olub.

Qeyd edək ki, Yusif müəllim məktəbin fiziki tərbiyə müəllimi Kamil İsmayılovun dayısıdır.

Allahdan Yusif Quliyevə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı diləklərimizi çatdırırıq.

Məkanın cənnət olsun, unudulmaz pedaqoq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi