Məktəb öz qazisini qürurla qarşıladı

   Vətən doğulduğun torpaqdan, anadan, beşikdən başlayırsa, vətənpərvərlik ailədən və məktəbdən başlayır. 11 il ərzində hər bir müəllim şagirdlərinə elm, təhsillə yanaşı vətənpərvərlik hisləri də aşlayır. Məktəbin usanmadan, dayanmadan apardığı bu təbliğatın ən gözəl nümunəsi 27 sentyabr 2020-ci ildə başlanan II Qarabağ-Vətən müharibəsinin iştirakçılarıdır. Dünən parta arxasından qalxan məktəblilər bugün Vətən müharibəsinin bilavasitə iştirakçıları-şəhidləri, qaziləri, qalibləri, qəhrəmanları kimi tarixə düşdülər.

II Qarabağ müharibəsində 67 nömrəli tam orta məktəbin məzunları da vətəndaşlıq borclarını ödəmək və torpaqlarımızı işğaldan azad etmək məqsədi ilə iştirak etmişdirlər. Bu qəhrəmanlardan biri məktəbimizin fəxri, vətən ugrunda qorxmadan döyüşə atılan Bayramov Emil Vaqif ogludur. O, Goranboy istiqamətində gedən döyüşlərin birində agır yaralanaraq xəsarət almış təcrübəli həkimlərimiz sayəsində uzun müddət müalicə olunduqdan sonra evinə-məzuniyyətə buraxılmışdır. Onunla görüşdə 67 nömrəli məktəb kollektivinin nümayəndələri də fəxrlə iştirak etmişdir. Məktəbin direktoru İradə Bayramova öz çıxışında Azərbaycanın bütövlüyü ugrunda döyüşərək həlak olan şəhidlərimizə Allahdan rəhmət diləmiş, yaralılarımızın tezliklə sagalaraq evlərinə dönmələrini arzu etmişdir. Görüşdə həmçinin məktəbin tarix müəllimi Azad Kələşov, Azərbaycan dili və ədəbiyyat müəllimləri Sədaqət Məmmədova, Zülfiyyə Ələsgərova, fiziki tərbiyə müəlimi Kamil İsmayılov iştirak etmişlər.

Biz hər birimiz bizə qələbə sevincini yaşadanları unutmamalı, daim şəhid, qazi ailərinə diqqət göstərməli, vətən üçün canlarını əsirgəməyən qazilərimizə qayğımzı əsirgəməməliyik.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyir, qələbəmizin əbədi olmasını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi