Biz Şuşaya qayıdırıq

   8 may Şuşanın işğal olunduğu hüzn günü kimi yaddaşlara həkk olunsa da artıq 8 noyabr Şuşanın işğaldan azad olunduğu qələbə günü kimi qeyd olunacaq.

Bugün Qarabağlı, Şuşalı ifadəsi yoxdur. Bugün AZƏRBAYCANLI var. Deyilişi ilə düşməni lərzəyə gətirən, yazılışı ilə göz oxşayan, dünya tarixini öz zəfərləri ilə yenidən yazan AZƏRBAYCANLI!

Doğulduğu bölgədən, mənsub olduğu milliyyətdən asılı olmadan hər bir Azərbaycan vətəndaşı və ürəyi Azərbaycanla döyünən hər kəs Qarabağın düşmən tapdağından azad edilməsi üçün canını qurban verməyə hazırdırsa, uşaqlı, böyüklü hər kəs Şuşanın işğaldan azad olunmasına bugün bu qədər sevinirsə, gözyaşını saxlaya bilməyib sevincdən için-için ağlayırsa, əlində bayraq küçələrə axışıb hamı bir ağızdan #QARABAĞ_AZƏRBAYCANDIR deyirsə, budur vətənpərvərlik, budur əsl birlik, budur bizi qələbəyə aparan həmrəyliyin gücü.

Allah birliyimizi pozmasın, vətənpərvərlik hissimizi daim gücləndirsin, həmrəyliyimizi sarsılmaz etsin, qələbəmiz əbədi olsun. Amin!

Unutmayın, əziz soydaşlarımız!

#Biz_birlikdə_güclüyük

#Qarabağ_Azərbaycandır

#Yaşasın_Azərbaycan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi