Məktəb tarixinə qızıl hərflərlə yazılan qızıl medal

   67 nömrəli tam orta məktəbin XI "b" sinif şagirdi Hüseynov İlqar Vüqar oğlu tam orta təhsil səviyyəsini müvəffəqiyyətlə başa vurduğuna görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərədindən tam orta təhsil haqqında xüsusi nümunəli attestatla təltif olunub.

Qeyd edək ki, İlqar 2019-2020-ci tədris ilində Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə III yerə layiq görüldüyünə görə diplomla və medalla, 2020-ci il Fənn Olimpiadalarının Respublika mərhələsinin final turunda iştirak etdiyinə görə sertifikatla təltif olunub, məktəbdə təhsil aldığı dövr ərzində hər zaman yüksək nəticələr əldə edərək öz bilik və bacarığı ilə yoldaşlarından seçilib.

Həmçinin məzunumuz IV ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edərək 650 bal toplayıb və Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə qəbul olub.

İlqar Hüseynovu, onun ailə üzvlərini, təhsil aldığı sinfin sinif rəhbəri və fənn müəllimlərini, əldə etdiyi nailiyyətlərdə əməyi keçən hər kəsi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Bu il məzunumuzun əldə etdiyi qızıl medal şagirdlərimiz üçün gələcəyə qızıl qapılı yollar açsın.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi