Uğura gedən yol məktəbdən başlayır

   67 nömrəli tam orta məktəbin XI "b" sinif şagirdi Hüseynov İlqar Vüqar oğlu 2019-2020-ci tədris ilində Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə III yerə layiq görüldüyünə görə diplomla və medalla, 2020-ci il Fənn Olimpiadalarının Respublika mərhələsinin final turunda iştirak etdiyinə görə sertifikatla təltif olunub.

Xatırladaq ki, İlqarın təhsil aldığı XI "b" sinfi bu il 67 nömrəli tam orta məktəbdə ən yüksək nəticə göstərən sinif olub. Sinif rəhbəri Şəfa Əhmədova Almaniyanın Berlin şəhərində yerləşən Furtvangen Universitetinə qəbul olub, həmçinin şagirdlərdən 1 nəfər Qızıl nişan, 5 nəfər Fərqlənmə attestatı alıb, 4 nəfər 600-dən çox, 5 nəfər 500-dən çox bal toplayıb.

Qazandığı uğur münasibəti ilə İlqarı təbrik edir, bundan sonrakı həyatında daim müvəffəqiyyətlər əldə edərək ölkəmiz üçün layiqli vətəndaş olmağı, seçdiyi tibb sahəsində uğur qazanaraq istedadlı həkim olmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi