Təhsil almaq heç zaman gec deyil

   Məktəbin ingilis dili müəllimi Şəfa Əhmədova nümunəvi addım ataraq təhsil almaq arzusunda olanlara sübut edib ki, elm öyrənməyin nə yaşı, nə də zamanı yoxdur.

Şəfa Əhmədova bu il qəbul imtahanlarında iştirak edən onbirinciləri ilə birlikdə eyni həyəcanı yaşayıb və Almaniyanın Berlin şəhərində yerləşən Furtvangen Universitetinin Beynəlxalq Münasibətlər və Mədəni Diplomatik Əlaqələr fakültəsinə qəbul olub.

Qeyd edək ki, Şəfa Əhmədovanın yola saldığı 2020-ci il məzunu olan XI "b" sinfi bu il 67 nömrəli tam orta məktəb üzrə ən yüksək nəticə göstərən sinif olub. Sinifdən 1 nəfər Qızıl nişan, 5 nəfər Fərqlənmə attestatı alıb, 4 nəfər 600-dən çox, 5 nəfər 500-dən çox bal toplayıb, 1 nəfər isə Respublika Fənn Olimpiadasında fizika fənni üzrə III yer tutaraq bürünc medala layiq görülüb.

Bir sinfin qazandığı bu qədər uğurda təbii ki, sinif rəhbərinin də rolu böyükdür. Çünki müəllim daim şagirdləri üçün işıq saçan mayak olur və işığı nə qədər güclü olarsa şagirdlərinə bir o qədər düz yola istiqamət verə bilər.

Şəfa Əhmədovanı kollektivimiz adından həm şagirdlərinin qazandığı uğurlar, həm də öz uğuru münasibəti ilə təbrik edir, bundan sonrakı həyatında daim müvəffəqiyyət arzu edirik.

İnanırıq ki, dünyanın hansı ölkəsində olursa olsun Şəfa Əhmədova məktəbimizi və müəllim yoldaşlarını heç vaxt unutmayacaq.

Yolunuz uğurlu, tələbə adınız xeyirli olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi