Məktəb şagirdlərinin yolunu gözləyir

   67 nömrəli tam orta məktəbdə karonavirusun yayılmasının qarşısını almaq məqsədilə bir sıra profilaktik tədbirlər həyata keçirilib. Binaların və otaqların dezinfeksiyası, havalandırılması, müvafiq yerlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması, hər bir otağa düşən şagird sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, müəllim və şagird heyətinin müvafiq qoruyucu vasitələrlə təmin olunması və onların təlimatlandırılması bu tədbirlərdən bəziləridir.

Həmçinin bir neçə gün öncədən sosial məsafənin saxlanılması məqsədilə məktəbin həyətyanı sahəsində dayanma işarələri çəkilib və məktəb ilk dərs gününə tam şəkildə hazırlanıb.

Yeni tədris ili hər kəs üçün xeyirli, uğurlu olsun. Amin!

https://m.facebook.com/story.php?story_fbid=1625656190929599&id=163633840465182

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi