Məktəbimizin növbəti uğuru

   67 nömrəli tam orta məktəbdə 2019-2020-ci tədris ilini fərqlənmə attestatı ilə bitirən, qəbul imtahanlarında yüksək nədicə göstərən məzunların təltifetmə mərasimi keçirilib.

Məktəbin direktoru İradə Bayramova şagirdlərin bu nailiyyətlərini yüksək qiymətləndirdiyini qeyd edib, çətin vaxtlarda, pandemiyanın tüğyan etdiyi bir dövrdə bu cür gözəl nəticələr əldə etdiklərinə görə onları təbrik edib, bundan sonrakı həyatlarında daim uğur qazanmağı arzulayıb. Daha sonra onbirincilərin sinif rəhbərləri, məktəbin direktor müavinləri çıxış edərək təbriklərini və xoş diləklərini səsləndiriblər.

Sonda isə fərqlənmə attestatları və məktəb rəhbərliyi tərəfindən hazırlanmış təşəkkürnamələr şagirdlərə təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi