Şagirdimizdən qürurverici bir addım

Şagirdlərimiz müxtəlif sahələrdə uğurlu addımlar atmağa davam edirlər.

67 nömrəli tam orta məktəbin VII "a" sinif şagirdi Mədinə Muradova təhsil aldığı musiqi məktəbini uğurla təmsil edərək Mədəniyyət kanalının və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən "Mən də əsgərəm" layihəsinə qoşulub.

Layihənin başlıca məqsədi şagirdlərə vətənpərvər ruhda olan musiqiləri sevdirmək, onların layiqli vətəndaş kimi formalaşmasına təkan verməkdir.

Layihə iştirakçılarından çıxışı ilə fərqlənən uğurlu ifalar Mədəniyyət kanalının və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi səhifələrində tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, Mədinə Muradova layihəyə iki ifa ilə, "Yaşa Azərbaycan" mahnısı və Ofelya Nəbiyevanın müəllifi olduğu "Daha susmaq vaxtı deyil" adlı şeirlə qatılıb.

https://youtu.be/-tgfLmeem3g

https://youtu.be/tLhXRJwfqxU

https://www.facebook.com/493405157338497/posts/3471084559570527/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi