Azərbaycan qadını əzmkarlığı, mübarizliyi ilə dünya qadınlarına örnəkdir

   26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə Mehriban xanımı təbrik edirik!

Çoxşaxəli fəaliyyətində daim mərhəmət, xeyirxahlıq, humanizm kimi ümumbəşəri prinsiplərə sadiq qalan Mehriban xanım Əliyevanın şəxsiyyətində nəciblik, qayğıkeşlik, insanpərvərlik kimi yüksək mənəvi keyfiyyətlər öz təcəssümünü real əməllərdə aydın göstərir. Heydər Əliyev Fondunun prezidentinin milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliği, elmin, təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təmini yönümündə gördüyü işlər bunun ən bariz sübutudur.

Qayğıkeş ana, eyni zamanda, görkəmli ictimai xadim olan ölkəmizin birinci xanımı bu gün qadın hərəkatının önündə gedərək beynəlxalq görüş və tədbirlərdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil edir, səsini ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırır, Azərbaycan adlı məmləkətin həqiqətlərini, inkişaf yolunu bəşəriyyətə nişan verir.

Mehriban xanım Əliyeva Azərbaycanın tərəqqisi uğrunda gördüyü nümunəvi işlərlə gənclərin inkişaf yolunda işıq saçan mayak olmağa davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi