Füzulisiz 27 il

   23 avqust Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür.

1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin salıblar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Müharibə zamanı rayon sakinlərindən 657 nəfəri şəhid olub, 400 nəfər sağlamlığını itirib, 181 nəfər itkin düşüb.Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Füzulinin işğalından illər ötsə də tarix unudulmur və unutdurulmur. Yetişməkdə olan gənclərimiz mənfur düşməni tanıyır və zamanı gəldikdə düşməndən qisas almağa daima hazırdır. İşğalçı erməni qatillərinin öhdəsindən qəhrəman Azərbaycan fatehləri mütləq gələcək və tarixən bizim olan torpaqlarımız mütləq bizə dönəcək. O günü səbirsizliklə gözləyir və tezliklə muradımıza çatacağımıza inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi