İstedadlı şagirdlərimiz uğurları ilə sevindirməyə davam edirlər

   Bakı Şəhər Mədəniyyət Baş İdarəsi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 9 May - Qələbə Gününə həsr olunmuş “Qələbəyə doğru!” I Onlayn Festival-Müsabiqə keçirib. Müsabiqənin keçirilməsində məqsəd sosial izolyasiya şəraitində musiqi təhsilinin inkişafdan qalmaması, istedadlı uşaq və gənclərin böyük səhnəyə çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensiallarının yüksəldilməsdir.

67 nömrəli tam orta məktəbin VI "a" sinif şagirdi Mədinə Muradova müsabiqədə iştirak edərək "xanəndə" ixtisası üzrə yarışmada uğur qazanıb və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən Fəxri Fərmana layiq görülüb.

Qazandığı müvəffəqiyyət münasibətilə Mədinəni təbrik edir, daha böyük uğurlar arzu edirik.

Allah hər zaman şagirdlərimizin uğurları ilə kollektivimizi və valideynlərini sevindirsin. Amin!

https://youtu.be/sNf2f5UfqFI

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi