Dünyanı birlikdə xilas edək

   67 nömrəli tam orta məktəbin müəllim kollektivi tərəfindən həyata keçirilən "Dünyanı birlikdə xilas edək!" adlı aksiya davam etməkdədir. Yardım fondunda yığılan maddi vəsait hesabına bir çox aztəminatlı şagird ailələrinə gündəlik tələbat məhsulları paylanılıb. Aksiyaya müəllimlərlə yanaşı maddi imkanı yaxşı olan valideynlər, iş adamları da qoşulub.

Qeyd edək ki, "Dünyanı birlikdə xilas edək!" aksiyası davam edir. İzləyicilərimizin nəzərinə çatdırırıq ki, aksiyaya qoşulmaq istəyənlər məktəbdə Valideyn Müəllim Assosasiyası tərəfindən yaradılan yardım fonduna müraciət edə bilərlər.

Əl tutmaq Əlidən qalıb. Bu deyimi əsas tutaraq bütün imkanlı şəxsləri aksiyamıza qoşulmağa dəvət edirik. Xalqımızın belə çətin günlərdə həmrəy olması, bir-birinə dayaq olması olduqca böyük önəm kəsb edir.

Unutmayın ki, #biz_birlikdə_güclüyük.

#Dünyanı_birlikdə_xilas_edək.

https://www.facebook.com/263249130504731/posts/1563199560509675/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi