Məktəb kollektivi tərəfindən növbəti nümunəvi təşəbbüs

   67 nömrəli tam orta məktəbin müəllim kollektivi növbəti möhtəşəm aksiyaya start verib. Məktəbin müəllim heyətinin topladığı maddi vəsait hesabına məktəbdə təhsil alan bəzi aztəminatlı şagirdlərin ailələrinə yardım göstərilib. Aksiya "Dünyanı birlikdə xilas edək!" şüarı altında həyata keçirilib. Yardım aksiyasına müəllimlərlə yanaşı yardımsevər iş adamlarından Vüqar Qədimov, İbrahim Haciyev və qardaşı Ruhim Haciyev də dəstək olublar. Onlar öz vəsaitləri hesabına bəzi aztəminatlı şagirdlərin ailələrinə yardım göstəriblər.

Bu xeyirxah işdə əməyi olan bütün müəllimlərə və aksiyanı dəstəkləyən Vüqar Qədimov, İbrahim Haciyev və Ruhim Haciyevə təşəkkür edir, imkanlı şəxsləri belə çətin dövrdə aztəminatlı ailələrə kömək etməyə, onlara maddi və mənəvi dəstək olmağa səsləyirik.

Qeyd edək ki, "Dünyanı birlikdə xilas edək!" aksiyası davam edir. İzləyicilərimizin nəzərinə çatdırırıq ki, aksiyaya qoşulmaq istəyənlər məktəbdə Valideyn Müəllim Assosasiyası tərəfindən yaradılan yardım fonduna müraciət edə bilərlər.

Unutmayın ki, #biz_birlikdə_güclüyük.

#Dünyanı_birlikdə_xilas_edək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi