"Qəhrəmanlar unudulmur" rubrikası VII "b" sinfində

   67 nömrəli tam orta məktəbdə uzun müddətdir həyata keçirilən, qəhrəmanlarımızı tanımağa və tanıtmağa xidmət edən rubrika davam etməkdədir. Koronavirus bəlası ilə üzləşdiyimiz bu çətin dövr bizə tariximizi və keçmişimizi, vətənimizin müdafiəsi uğrunda canını sipər edən qəhrəmanlarımızı unutdurmamalıdır. Şəhidlər hər zaman qürurla xatırlanmalı və hörmətlə yad edilməlidir.

Məktəbin VII "b" sinfinin şagirdləri və sinif rəhbəri Arifə İsmayılova adını daşıdıqları Milli Qəhrəman Qorxmaz Eyvazovu onun doğum günündə, 1 aprel tarixində yad ediblər. Şagirdlər qəhrəmana həsr etdikləri videoçarxda onun adını yaşatmaq üçün dərs vaxtı (ictimai təcriddən öncə) həyata keçirdikləri tədbirləri əks etdirməklə yanaşı, Aprel döyüşlərində şücaət göstərən, vətənin müdafiəsində mərdliklə dayanan bütün qəhrəmanları yad ediblər.

Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunda anadan olub. 10 fevral 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən döyüşlər zamanı həlak olub.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə starşina Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

O, Sumqayıt şəhərindəki şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, illər sonra 2016-cı ildə Aprel döyüşləri zamanı Qorxmaz Eyvazovun şəhid olduğu Cocuq Mərcanlı kəndi ordumuz tərəfindən düşmən tapdağından azad olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

https://youtu.be/THZ0cE6dg7w

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi