Kollektivdə ağır itki

   Təəssüf hissi ilə bildiririk ki, 67 nömrəli tam orta məktəbin kollektivində ağır itki baş verib. Uzun sürən xəstəlikdən sonra məktəbin tarix müəllimi Ziyafət Məhərrəmov bugün saat 04:38 radələrində vəfat edib.

İşlədiyi təhsil ocağının inkişafı, şagirdlərinin düzgün biliklərə yiyələnməsi və əsl şəxsiyyət kimi yetişməsi uğrunda vicdanlı müəllim kimi daima çalışan dəyərli pedaqoq Ziyafət Məhərrəmov müəllim kollektivinin, məzunların, şagird və valideynlərin sevimlisi olmuşdur. Məktəbin istər təlim-tərbiyə prosesində, istərsə də ictimai işlərində daima fəllıq göstərmiş, maraqlı fikir və təklifləri ilə məktəb tarixində əvəzsiz rol oynamışdır. O, həmçinin 67 nömrəli tam orta məktəbin 120 illik yubileyinə həsr olunmuş "Üç əsrin şahidi" adlı kitabın müəlliflərindən biri olmuşdur.

Təəssüf ki, dəyərli pedaqoq, müsbət insani keyfiyyətləri özündə cəmləşdirən əvəzsiz şəxsiyyət Ziyafət Məhərrəmov onu uzun müddətdir ağuşuna alan amansız xəstəlik səbəbindən gözlərini əbədiyyətə yummuş, haqqın dərgahına qovuşmuşdur.

Ziyafət müəllimin ailəsinə və yaxınlarına Tanrıdan səbr diləyir, dərin hüznlə başsağlığı veririrk.

Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi